Dünya
İstanbulda yeni metro xətti açılıb
Fevralın 15-də İstanbulda yeni metro xətti istifadəyə verilib. Şişhane-Yenikapı yeni metro xəttinin açılışında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər iştirak ediblər.
Hazırda İstanbul Metropoliteni 8 xətdən ibarətdir. Onlardan
altısı İstanbulun Avropa hissəsində yerləşir. İstanbul metrosunda
62 stansiya var, onlardan 30-u tikinti mərhələsindədir. İstanbul
metrosunun ümumi uzunluğu 122 kilometrdir.
Qeyd edək ki, fevralın 12-də Türkiyənin paytaxtı Ankarada da
metropolitenin yeni xətti istismara verilmişdi. Metronun yeni
Batıkent-Sincan xəttinin açılışında Prezident Abdullah Gül, Baş
nazir Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər iştirak
etmişdilər.
Tikintisi 2012-ci ilin fevral ayından başlayan Ankara
Metropoliteninin yeni xəttinin uzunluğu 15,5 kilometr təşkil edir.
Metronun yeni xəttinə 11 stansiya birləşdirilib.
Ankara Metropoliteni 1996-cı ildə istismara verilib, 22 stansiyadan
ibarətdir. Paytaxtın metro xəttinin ümumi uzunluğu 60,4
kilometrdir.
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO