Bu gün NATO ölkələrinin nazirləri görüşür
Bizi izləyin

Dünya

Bu gün NATO ölkələrinin nazirləri görüşür

NATO ölkələrinin xarici işlər nazirləri bu gün Brüsseldə iclas keçirəcəklər.

Publika.az xəbər verir ki, bu, NATO-nun ötən il Uelsdə keçirilmiş sammitindən sonra ilk belə yığıncağıdır. İclasda NATO nazirləri alyansın yeni təhlükələrə hazırlığı məsələsini müzakirə edəcəklər.

Söhbət ilk növbədə NATO-nun Şərqi Avropadakı müttəfiqlərinin təhlükəsizliyinin təminatından gedir. Görüşdə Ukrayna böhranının da müzakirə olunacağı gözlənilir.

NATO nazirlərinin Brüssel görüşünün keçirildiyi eyni gündə ABŞ dövlət katibi Con Kerri Kiyevə səfər etməldir. NATO-nun baş katibi Jens Stoltenberq deyib ki, Brüssel görüşündə nazirlər “Çevik hərəkət qüvvələrinə” hansı ölkələrin hərbi birləşmələrinin daxil olacağı müəyyənləşdiriləcək.

Bundan başqa Estoniya, Litva, Latviya, Rumıniya, Polşa və Bolqarıstanda NATO-nun koordinasiya mərkəzlərinin yaradılması da gündəlikdədir. NATO bəyan edir ki, şərqdəki müttəfiqlərinin, xüsusilə Rusiya təhlükəsindən müdafiəsinə hazır olmalıdır.

Bu arada ABŞ-ın NATO-dakı səfiri bildirib ki, Amerika kəşfiyyatı son həftələrdə Rusiyanın yeni qüvvələrinin Ukrayna ərazisinə müdaxiləsini müşahidə etməyib, hərçənd indiyədək gətirilmiş qüvvələr hələ də Ukraynadadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm