Elçiliyə gedən 4 nəfər girov götürüldü
Bizi izləyin

Dünya

Elçiliyə gedən 4 nəfər girov götürüldü

Türkiyədən Suriyaya elçiliyə gedən 4 nəfər silahlı qrup tərəfindən girov götürülüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qaziantepdən Suriyaya gedən şəxslər sərhədi keçdikdən sonra silahlı şəxslər tərəfindən qaçırılıb.

Məlumata görə, Hannan Uzunoğlu suriyalı qohumunun qızını istəmək üçün keçən həftə Suriyaya gedib. O, oğlu və iki yaxın qohumu ilə qeyri-qanuni yollarla Suriyaya keçib. Ailənin Hələbdəki qohumları Uzunoğlu və onun yanındakı 3 nəfərin sərhədi keçdikdən sonra silahlı şəxslər tərəfindən girov götürüldüyünü söyləyib.

Girov götürülən şəxslərin yeri və qaçırıldığı istiqamət barədə 6 gündür ki, xəbər yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm