Merkel və Olland Ukrayna və Rusiyada
Bizi izləyin

Dünya

Merkel və Olland Ukrayna və Rusiyada

Almaniyanın kansleri Angela Merkel Fransa prezidenti Fransua Ollandla birlikdə bu gün Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Kiyevə yola düşəcək.

Publika.az RİA xəbər agentliyinə istinadən xəbər verir ki, avropalı liderlərin Kiyevdən sonrakı dayanacağı Moskva olacaq.

“Angela Merkellə birlikdə yeni təşəbbüslə çıxış etməyə qərar verdim. Bu günün ikinci yarısında Kiyevə yola düşürük. Biz Kiyevdə Ukraynada münaqişənin nizama salınması üzrə yeni təklifləri səsləndirəcəyik. Təkliflərdə ölkənin ərazi bütövlüyünün saxlanılması yer alıb. Təklifləri Ukrayna prezidenti ilə müzakirə edəcəyik və sabah Rusiya prezidenti ilə görüşmək üçün Moskvaya yola düşəcəyik”, - Fransa prezidenti Olland mətbuat konfransında deyib.

Əlavə edək ki, ABŞ-ın dövlət katibi Con Kerri də bu gün Kiyevə gəlib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm