Məsciddə 100 nəfərin boğazını kəsdi - QƏTLİAM
Bizi izləyin

Dünya

Məsciddə 100 nəfərin boğazını kəsdi - QƏTLİAM

İŞİD terror qruplaşmasının Yaxın Şərqdə etdiklərini Afrikada edən “Boko Haram” qruplaşması Kamerunun şimalında yerləşən Fotokol qəsəbəsinə hücum edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qəsəbədəki 3 məscidi yandıran təşkilat qətliam törədib.

Qəsəbədəki bütün evlərə basqın təşkil edən “Boko Haram” silahlıları aralarında 3 məscidin də olduğu bir çox yerə od vurub. Hadisə şahidlərinin sözlərinə görə, təşkilat ən az 100 nəfəri evlərində və məscidlərdə boğazlarını kəsərək öldürüb.

Qeyd edək ki, “Boko Haram”ın lideri Əbubəkr Şekau Nigeriya, Çad, Niger və Kamerunun bəzi bölgələrinin daxil olduğu bir “xilafət” qurmaq istəyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm