Onlar Putindən çox maaş ala bilməyəcəklər
Bizi izləyin

Dünya

Onlar Putindən çox maaş ala bilməyəcəklər

“Ədalətli Rusiya” Partiyasından olan deputat Oleq Nilov Dövlət Dumasına qanun layihəsi təqdim edib.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, qanun layihəsində “Əmək kodeksi”nə düzəlişlər təklif olunub.

Dəyişikliklər dövlət şirkətlərinin rəhbərlərinə verilən maaşların Rusiya prezidenti Vladimir Putinin orta aylıq qazancından yuxarı olmamasını nəzərdə tutur. Oleq Nilovun fikrincə, “Əmək kodeksi”nə düzəlişlər ədalətli maaş sisteminin yaradılmasına kömək edəcək.

Sənəddəki izahedici qeyddə deyilir ki, qanun büdcə vəsaitlərinin həddən artıq və sübutsuz xərclənməsinin qarşısını almağa, həmçinin sosial ədalət və effektivlik prinsiplərini qurmağa imkan verəcək.

Əgər prezidentin maaşının miqdarı dəyişərsə, şirkətlərin rəhbərlərinin maaşına da yenidən baxıla bilər.

Qeyd edək ki, ötən ay Rusiya Kommunist Partiyasının deputatları da dövlət şirkətlərinin rəhbərlərinin maaşlarını müəyyən edən qanunu qəbul etməyi təklif etmişdi. Həmin vaxt kommunist deputat Vadim Solovyov şikayətlənmişdi ki, dövlət şirkətlərinin rəhbərlərinin aldığı maaş ölkə prezidentinin maaşından yüksəkdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm