Kremlə növbəti zərbə: Qazaxıstan Rusiya məhsullarından imtina edir
Bizi izləyin

Dünya

Kremlə növbəti zərbə: Qazaxıstan Rusiya məhsullarından imtina edir

Qazaxıstan hakimiyyəti Rusiyanın bir sıra məhsullarının idxalına embarqo tətbiq etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə ”Kommersant” nəşri Rusiya Kənd Təsərrüfatı Nazirliyi və qida məhsulu bazarındakı mənbəyə istinadən bildirib.

Rəsmi Astana rublun kursunun düşməsi ilə əlaqədar ölkənin daxili bazarına təhlükə yarandığını bildirir. Nəşrin məlumatına görə, Astana Rusiyanın neft məhsulları, avtomobillər, elektrik batareyaları, bir sıra inşaat materialları, ət, yumurta, makoron, şirniyyat məmulatları, un və şirələrin idxalına embarqo tətbiq etmək istəyir.

Məlumata görə, Qazaxıstan hökuməti Rusiya mallarına məhdudiyyətlərin qoyulması ilə bağlı Qazaxıstan sahibkarlarının Milli Palatasından müraciət aldığını bildirib. “Kommersant”ın mənbələri bildirir ki, Qazaxıstan istehsalçıları düşmüş qiymətlərə görə Rusiya məhsulları ilə rəqabət apara bilmirlər.

Rusiya Kənd Təsərrüfatı Nazirliyindəki mənbə qeyd edib ki, Astana embarqonun tətbiqi ilə bağlı “kifayət qədər əsaslar” göstərməyib. Hazırda Rusiya və Qazaxıstan idxal məhsullarının həcmi və qiymət parametrlərini dəqiqləşdirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm