BMT suriyalılar qarşısında danışıqlarda uğursuzluğa görə üzr istəyib
Bizi izləyin

Dünya

BMT suriyalılar qarşısında danışıqlarda uğursuzluğa görə üzr istəyib

BMT-nin Suriyada xüsusi elçisi Lahdar Brahimi Suriya üzrə Cenevrədə keçən danışıqlarda irəliləyişin olmamasına görə, Suriya xalqı qarşısında üzr istəyib.

BMT-nin Suriyada xüsusi elçisi Lahdar Brahimi Suriya üzrə Cenevrədə keçən danışıqlarda irəliləyişin olmamasına görə, Suriya xalqı qarşısında üzr istəyib.

Brahimi Suriya hökuməti və müxalifəti ilə çıxılmaz vəziyətdən çıxış yolu tapmaq üçün Cenevrədə ümidsiz cəhd göstərərək son müzakirələr keçirib.

Onun sözlərinə görə, əsas maneə - hökumət keçid rəhbər orqanının yaradılmasının müzakirəsindən yenə də imtina edir.

Brahimi deyib ki, danışıqların üçüncü raundunun tarixi təyin olunmayıb.

Suriyada üç ilə yaxın davam edən münaqişə 100 mindən çox insanın həyatına son qoyub. Təxminən 9.5 milyon insan evlərindən qaçmağa məcbur olub. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm