Rusiyanın 160 şirkətinə QADAĞA
Bizi izləyin

Dünya

Rusiyanın 160 şirkətinə QADAĞA

Ukrayna ABŞ, Avropa Birliyi və İsveçrənin yanvarın 26-də Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulub.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukraynanın iqtisadi inkişaf və ticarət naziri Ayvaras Abromaviçus Ali Radada çıxışında deyib.

Ukraynanın sanksiyalarına Rusiyanın 160 şirkəti məruz qalıb. Sanksiyalar Rusiyanın şirkətlərinə Ukrayna ərazisində fəaliyyət göstərməsi üçün lazım olan lisenziya və digər icazə sənədlərinin verilməsini qadağan edir.

Həmçinin nazir qeyd edib ki, Avropa Birliyi, ABŞ və İsveçrənin sanksiyalarının altına düşən Rusiya vətəndaşları Ukraynanın ərazisində özəlləşdirmədə və dövlət müəssisələrinin icarəsində iştirak edə bilməyəcəklər. Ayvaras Abromaviçusun sözlərinə görə, sanksiyaların altına düşən Rusiya vətəndaşlarının siyahısı son yoxlama mərhələsindədir və prezident tərəfindən təsdiq olunandan sonra dərc ediləcək.

Bundan başqa, nazir bildirib ki, İqtisadi İnkişaf Nazirliyi müvəqqəti işğal edilmiş ərazilərdə dövlət əmlakının özəlləşdirməsini qadağan edən qanun layihəsini hazırlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm