Bombaların üzərində yandırılan pilotun adı - FOTOLAR
Bizi izləyin

Dünya

Bombaların üzərində yandırılan pilotun adı - FOTOLAR

İordaniya İŞİD terror təşkilatının nəzarətində olan ərazilərə atdığı bombaların üzərinə öldürülən pilot Muat Safi əl-Kasiyeşbinin adını yazıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bombaların üzərində “Qəhrəman və şəhid pilot Muat Safi əl-Kasiyeşbi” yazılıb.

İordaniya İŞİD tərəfindən fevralın 3-də diri-diri yandırılaraq öldürülən pilotunun intiqamını almaq üçün dünən terror təşkilatının Suriya və İraqdakı mövqelərini bombalayıb. Eyni vaxtda havaya qaldırılan 30 hərbi təyyarə terror təşkilatının 55 üzvünü öldürüb.

Suriya və İraqdakı İŞİD hədəflərini bombalaması üçün İordaniyaya ABŞ kəşfiyyatı dəstək verib. İordaniya xarici işlər naziri Naser Judey “Sahib olduğumuz hər şey ilə İŞİD-in üstünə gedirik” deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm