Olland-Merkel cütlüyünün “təslim planı” və Putinin gizli məktubu
Bizi izləyin

Dünya

Olland-Merkel cütlüyünün “təslim planı” və Putinin gizli məktubu

Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkelin Ukrayna münaqişəsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinə təklif etdiyi sülh planının bəzi detalları məlum olub.

Publika.az Fransanın “Le Figaro” nəşrinə istinadən xəbər verir ki, Olland və Merkelin təklif etdiyi sülh planı Donbas hövzəsində münaqişənin nizama salınması qarşılığında Ukraynanın federasiya halına salınması və neytral ölkə statusunu nəzərdə tutur.

“İlkin informasiyaya əsasən, Fransa-Almaniya sülh planı Ukraynanın bitərəfliyini və federallaşmanı təmin etməlidir. Eyni zamanda, Avropa liderləri Moskvadan Rusiya qoşunlarının Ukraynadan çıxarılması və separatçılara silahın çatdırılmasının dayandırılmasını istəyir”, - Fransa nəşri yazır.

“Le Figaro” qeyd edir ki, Ukraynanın federasiya halına salınması ölkənin şərqindəki münaqişənin dondurulmasına gətirib çıxaracaq.

Qeyd edək ki, separatçılara və Rusiyaya mümkün güzəştlər haqqında Almaniyanın “Süddeutsche Zeitung” nəşri də yazıb. Ancaq Almaniya hökuməti bu informasiyanı təkzib edib.

“Wall Street Journal” isə iddia edib ki, Vladimir Putin Donetsk və Luqansk “xalq respublikaları”na ən böyük muxtariyyətin verilməsi barədə gizli məktub göndərib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm