Ollandla Merkel Moskvada
Bizi izləyin

Dünya

Ollandla Merkel Moskvada

Almaniyanın kansleri Angela Merkellə Fransa prezidenti Fransua Olland fevralın 6-da Mosvaya rəsmi səfər ediblər.

Publika.az xəbər verir ki, onlar Rusiya prezidenti Vladimir Putinlə Ukrayna münaqişəsini müzakirə edəcəklər.

Angela Merkel səfər ərəfəsində bəyan edib ki, Ukrayna böhranından yalnız diplomatik yolla çıxmaq olar. “Biz bilmirik Moskvada danışıqlar qısa, yaxud uzun çəkəcək. Amma bir məsələ məlumdur ki, biz münaqişəni həll etməliyik, ən əsası isə qan axıdılması dayandırılmalıdır” - deyə Kansler qeyd edib.

Qeyd edək ki, Merkellə Olland fevralın 5-də Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşüblər. Fransa prezidenti bundan əvvəl Parisdə keçirdiyi mətbuat konfransında deyib ki, onlar Kiyevlə Moskvaya yeni təkliflə gedirlər.

Hələlik təklifin detalları barədə məlumat verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm