ABŞ-ın yeni təhlükəsizlik konsepsiyası hazırlandı
Bizi izləyin

Dünya

ABŞ-ın yeni təhlükəsizlik konsepsiyası hazırlandı

ABŞ özünün yeni milli təhlükəsizlik konsepsiyasını hazırlayıb. 35 səhifəlik sənədi Ağ Evin mətbuat xidməti yayıb.

Publika.az xəbər verir ki, sənəddə yenidən dünyada qayda-qanunun təmin edilməsində ABŞ-ın liderliyinin vacibliyi, Rusiyanın təcavüzünü dayandırmaq da daxil olmaqla, beynəlxalq təhlükəsizliyin təmin edilməsində qlobal səylərin cəmləşdirilməsindən söhbət gedir.

Prezident Barak Obama deyir ki, Vaşinqton növbəti təcavüzlərin qarşısını almaq üçün öz avropalı müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı sanksiyaları gücləndirəcək .


Yeni Konsepsiyanı rəsmi şəkildə Vaşinqtondakı Brukinq İnstitutunda keçiriləcək tədbirdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Suzan Rays təqdim edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm