Ukrayna ilə bağlı danışıqlar başa çatdı
Bizi izləyin

Dünya

Ukrayna ilə bağlı danışıqlar başa çatdı

Putin, Merkel və Ollandın Kreml danışıqlarının başa çatmasının ardınca ilk açıqlama gəlib.

Axar.az xəbər verir ki, Rusya prezidentinin mətbuat katibi Dmitri Peskov nizamlanmaya dair sənədə Poroşenko və Putinin təkliflərinin daxil ola biləcəyini deyib. Onun sözlərinə görə, Rusiya, Fransa və Almaniya liderlərinin Moskvadakı görüşlərindən sonra Ukraynadakı münaqişənin nizamlanmasına dair birgə sənədin mətni üzərində işə hazırlıq aparılır. ”Təbii ki, bu mətn, bu təkliflər münaqişənin bütün tərəəflərinə təqdim ediləcək”, - deyə Peskov bildirib.

Xatırladaq ki, liderlərin görüşü az öncə başa çatıb və onlar mediaya heç bir açıqlama vermədən şam yeməyinə yollanıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm