Avropa İttifaqı İraq və Suriyaya 1 milyard avro yardım ayırdı
Bizi izləyin

Dünya

Avropa İttifaqı İraq və Suriyaya 1 milyard avro yardım ayırdı

Suriya və İraqda davam edən münaqişə və böhran vəziyyətini nəzərə alaraq Avropa İttifaqı bu ölkələrə əlavə bir milyard avro yardım ayıracaq.

Publika.az-ın məlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib. Onun sözlərinə görə, həmin vəsaitlə İraq və Suriya, eləcə də münaqişə regionuna qonşu olan Livan, İordaniya və Türkiyəni də əhatə edən geniş strategiyanın maliyyələşdiriləcəyini bildirib.

Müxtəlif layihələr çərçivəsində Aİ həmin ölkələrin “İraq və Şam İslam Dövləti” (İŞİD) adlandıran terrorçu qruplaşmanın doğurduğu təhlükələrə qarşı müdafiəsini gücləndirməyə çalışacaq. Vəsaitlər ilk növbədə radikallaşmaya, terroristlərin maliyyələşdirilməsi və sərhədləri keçməsinə qarşı mübarizə, eləcə də sərhədlərin qorunmasının gücləndirilməsini əhatə edən proqramlara yönəldiləcək.

Moqerinin sözlərinə görə, əlavə yardımların 40 faizi İraq və Suriyada humanitar vəziyyətin yaxşılaşdırılmasına və digər ölkələrdə qaçqın düşərgələrinə sərf olunacaq.

Avropa İttifaqının rəsmisi təmsil etdiyi qurumun Suriyadakı vətəndaş müharibəsi ilə əlaqədar humanitar layihələrə indiyədək 3,2 milyard avro vəsait ayırdığını da açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm