Hakan Fidanı o əvəzləyir – MİT-in yeni şefi də Gülənin düşməni ola bilər
Bizi izləyin

Dünya

Hakan Fidanı o əvəzləyir – MİT-in yeni şefi də Gülənin düşməni ola bilər

İstefa verən MİT rəhbəri Hakan Fidanın yerinə onun keçmiş müavini, İctimai Təhlükəsizliyin Müdafiəsi qurumunun rəhbəri Muhemmed Dərvişoğlu gələ bilər.


Publika.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Bülent Arınç deyib.


Arınc Dərvişoğlunun təhlükəsizlik məsələlərini Hakan Fidan qədər bildiyini deyib.


“Mən bunun dəqiq belə olacağını deyə bilmərəm. Bu mənim fikrimdir. Amma MİT rəhbərinin yeri boş qalmayacaq”, - deyə o bildirib.


Dərvişoğlu kimdir?


Hakan Fidan MİT-ə şef gələrkən müavin heyətini dəyişsə də, ona toxunmamışdı. Hətta MİT-in bir çox vacib qurumları ona tabe idi. Ona Fidanın sağ qolu deyilirdi.

Türkiyə ictimaiyyəti onu 2012-ci ildə “Qanunsuz mal saxlamaq, gizlətmək və mənimsəmək” maddəsi ilə haqqında açılan cinayət işi ilə tanıyıb. Bu cinayət işi 2011-ci il 16 noyabr tarixində Ankara Baş prokurorluğuna göndərilən bir məktubla başlamışdı. Prokuror ona 8 il həbs cəzası tələb edirdi. Maraqlıdır ki, prokurorluq Dərvişoğlu haqda Baş nazirlikdən icazə almadan cinayət işi açmışdı. Buna səbəbsə məşhur Ərdoğan-camaat davası idi. Dərvişoğlu bu qarşıdurmanın qurbanı olacaqdı. Lakin nəticədə bəraət aldı.

Qeyd edək ki, Hakan Fidan camaata qarşı sərt mövqeyi ilə seçilirdi. Ehtimallara görə, onun yerinə gələcək adam da eyni mövqedə olacaq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm