Dünya
Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamağa hazırlaşır
Yaponiyanın Baş naziri Şinzo Abe Rusiya ilə ərazi
mübahisəsinin həll olunacağını və sülh müqaviləsinin imzalanacağını
vəd edib.
Hər il fevralın 7-də qeyd edilən Şimal Əraziləri Günü ilə bağlı
tədbirdən sonra jurnalistlərlə görüşən Şinzo Abe deyib: “Yaponiya
və Rusiya arasında hələ də sülh müqaviləsinin imzalanmaması normal
hal deyil. Mən bu istiqamətdə hökumətin həmin problemlə əlaqədar
siyasi xəttinə əsaslanaraq gərgin işi davam etdirməyi düşünürəm.
Çalışacağam ki, Rusiya ilə sülh müqaviləsini imzalayaq”.
Fevralın 7-də Tokioda keçirilən Şimal torpaqlarının qaytarılması
naminə ümummilli qurultayda çıxış edən Baş nazir bildirib ki,
vaxtilə həmin torpaqlarda yaşamış insanlar artıq çox qocalıblar və
buna görə də o, məsələnin ən qısa zamanda həlli üçün var qüvvəsini
sərf edəcək.
Yaponiya və Rusiya 1855-ci il fevralın 7-də ticarət və sərhədlər
haqda Simod traktatını imzalamışdılar. Yaponiya tərəfi iki ölkə
arasında həmin sənədlə təsdiqlənmiş sərhədlərin bərpa edilməsinə
çağırır. Rəsmi Moskva isə bildirir ki, Cənubi Kuril adaları II
Dünya müharibəsinin nəticəsi olaraq SSRİ-nin tərkibinə daxil
edilib. Rusiya beynəlxalq-hüquq normalarına müvafiq olaraq həmin
ərazilər üzərində suverenliyə malikdir və bu, heç kimdə şübhə
doğurmamalıdır.
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO