Hakan Fidanın namizəd olacağı vilayətin adı açıqlandı
Bizi izləyin

Dünya

Hakan Fidanın namizəd olacağı vilayətin adı açıqlandı

Xəvər verildiyi kimi, Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan istefa verib. Məlumata görə, Hakan Fidanın istefasının səbəbi deputatlığa namizəd olmaqdır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hakan Fidan Ankaradan Ədalət və İnkişaf Partiyasının namizədi olacaq.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşüb razılıq alan Hakan Fidanın istefası fevralın 10-dan etibarən keçərli olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm