Olland-Merkel sülh planının detalları açıqlandı
Bizi izləyin

Dünya

Olland-Merkel sülh planının detalları açıqlandı

Fransanın prezidenti Fransua Olland və Almaniyanın kansleri Angela Merkelin Ukrayna böhranının həlli ilə bağlı təklif etdiyi sülh planının detalları məlum olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Fransa prezidenti “France 2” telekanalın efirində qeyd edib ki, sülh planında silahsızlaşdırılmış zonanın yaradılması nəzərdə tutulur.

Fransua Ollandın sözlərinə görə, silahsızlaşdırılan zonanın eni 50 kilometrdən 70 kilometrə qədər təşkil etməlidir. Olland həmçinin Ukraynanın cənubi-şərq vilayətləri üçün “kifayət qədər geniş” muxtariyyətdən danışıb.

Qeyd edək ki, Merkel, Olland və Rusiya prezidenti Vladimir Putin arasında üçtərəfli danışıqlar fevralın 6-da Moskvada olub. Danışıqların təfərrüatları açıqlanmasa da, tərəflər görüşün konstruktiv və məzmunlu keçdiyini bildiriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm