İran amerikalı jurnalisti azad edə bilər
Bizi izləyin

Dünya

İran amerikalı jurnalisti azad edə bilər

“Vashinqton Post” qəzetinin İranda həbsdə olan müxbiri Cason Rezaian azadlığa buraxıla bilər.

Publika.az-ın məlumatına görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Münhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib. Nazir bildirib ki, məhkəmədə jurnalistin üzərindəki ittihamların götürüləcəyinə ümid edir.

Qəzetin xüsusi müxbiri Tehranda 2012-ci ildən işləyir. O İran və Amerika pasportlarına malikdir. Jurnalsit ötən ilin iyulunda Amerika vətəndaşları olan xanımı və qəzetin daha iki ştatdankənar müxbiri ilə birlikdə həbs olunub.

Ona qarşı irəli sürülmüş ittihamlar barədə açıqlama verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm