Şahzadə Kraldan xahiş edəcək
Bizi izləyin

Dünya

Şahzadə Kraldan xahiş edəcək

Britaniya şahzadəsi Çarles Səudiyyə kralından 1000 şallaq zərbəsinə məhkum edilmiş blogerin azad edilməsini xahiş edəcək.

Publika.az-ın məlumatına görə, bu barədə Yaxın Şərqə səfər proramından danışarkən deyib. Yaxın Şərq səfərinə bazar günü İordaniyadan başlayan şahzadə Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında olacaq.

“Mail on Sunday” qəzeti açıqlamadığı mənbəyə istinadən bidirib ki, Çarles blogger Raif Bədəvinin cəzadan azad edilməsi üçün kral Salmana müraciət edəcək.

Bədəwi 10 il həbs cəzasına və 1000 şallaq zərbəsinə məhkum edilib.

Səfərə çıxmazdan əvvəl televiziya üçün müsahibə verən Uels şahzadəsi Britaniyada çox sayda gəncin radikallaşmasından narahatlığını bildirib.

Rəsmilər bildirirlər ki, indiyədək cihada qoşulmaq üçün 600-dək gənc britaniyalı Suriya və İraqa səfər edib. Hazırda onların təxminən yarısı vətənə qayıdıb və hakimiyyət orqanları məhz bu gənclərin ölkə üçün yarada biləcəkləri təhlükələrdən narahatdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm