Misirdə futbol matçında qarşıdurma: 22 ölü - VİDEO, FOTO
Bizi izləyin

Dünya

Misirdə futbol matçında qarşıdurma: 22 ölü - VİDEO, FOTO

Misir paytaxtı Qahirədə futbol azarkeşləri ilə təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmalarda 22 nəfər həlak olub.

Publika.az xəbər verir ki, toqquşmalara səbəb “Zamalek” futbol klubu azarkeşlərinin stadiona biletsiz girmək cəhdi olub. Zorakılıqlar ENPPİ komandasının iştirakilə keçiriləcək yüksək liqa matçından əvvəl baş verib. Toqquşmaları dayandırmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib. Xəbər verilir ki, ölümlərin demək olar hamısı, adamların basabasda ayaq altda qalması nəticəsində baş verib. Zorakılıqların ardınca azarkeşlər küçələrdəki maşınlara od vurublar.

Bu zorakılıqlra cavab olaraq hökumət milli futbol çempionatının bütün oyunlarını qeyri-müəyyən vaxtadək təxirə salıb.

Qeyd edək ki, 2012-ci ilin fevralında Misirin başqa bir şəhəri – Port-Səiddə oyun sonrası baş vermiş zorakılıqlarda 70 nəfər həlak olmuşdu.Port Səiddəki zorakılıqlardan sonra stadionlara buraxılan azarkeşlərin sayına məhdudiyyət qoyulmuşdu.

İndi bu məhdudiyyətin yenidən tətbiq ediləcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm