Slovakiyada homoseksuallar qalib gəldi
Bizi izləyin

Dünya

Slovakiyada homoseksuallar qalib gəldi

Slovakiyada eynicinsli nikah və eynicinsli cütlərin uşaq övladlığa götürməyini qadağan edə biləcək referendum baş tutmayıb.

Publika.az xəbər verir ki, referendumda iştirak edənlərin sayı həddindən az olduğundan səsvermənin nəticələri tanınmayıb. Rəsmi rəqəmlərər görə, referendumda qeydə alınmış seçicilərin yalnız 21,4% iştirak edib. Halbuki referendumun baş tutması üçün səsvermədə iştirak edənlərin sayı azı 50% olmalı idi.

Lakin səsverənlərin əksəriyyəti mühafizəkar "Ailə uğrunda alyans" adlı siyasi partiyanın təşəbbüsünü dəstəkləyib.

Referenduma çıxarılmış sualda iştirakçılardan 2014-cü ildə Slovakiya Konstitusiyasına edilmiş düzəlişin dəstəkləyib-dəstəkləmədikləri soruşulub. Həmin düzəliş nikahı kişi ilə qadın arasında qeydiyyata alınan ittifaq kimi müəyyən edir.

Slovakiya mühafizəkarları ölkədə eynicinsli nikahların qadağan edilməsinə referendum yolu ilə nail olmağa ümid edirdilər. Referendum iştirakçılarının əksəriyyəti məktəblilərə seksual tərbiyə və evtanaziya mövzusunda dərsləri buraxmaq hüququnun verilməsini dəstəkləyiblər.

Liberal partiyalar vətəndaşları bu referendumu boykot etməyə çağırmışdılar. Aİ qayadalarına əsasən, bu quruma üzv olan ölkələrdə nikah və övladlığa götürülmə kimi məsələlər yerli qanunvericilik əsasında tənzimlənir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm