İŞİD-ə əsir düşən qızların dəhşətli dramı – ŞOK TƏFƏRRÜAT
Bizi izləyin

Dünya

İŞİD-ə əsir düşən qızların dəhşətli dramı – ŞOK TƏFƏRRÜAT

“Üç aylıq əsarət boyunca daim döyərək təcavüz etdilər”

İraqın Ərbil şəhərindəki Saad Abdulla konfrans salonunda "İraqdakı yezidi kürd və xristianlara qarşı törədilən etnik soyqırımı" mövzusunda toplantı keçirilib.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, yığıncaqda müxtəlif din və məzhəblərdən çoxsaylı səlahiyyətli şəxslər iştirak edib.

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı tərəfindən əsir götürülən, daha sonra isə qaçmağı bacaran qızların anlatdıqları iclas iştirakçılarının göz yaşlarına səbəb olub.

Sincarın Tel Azer kəndində ailəsi ilə birlikdə İŞİD-ə əsir düşdüklərini deyən Vahə ləqəbli 17 yaşlı qız 5 avtomobillə gələn terrorçuların onu dəfələrlə döydüyünü bildirib. Vahə İŞİD döyüşçülərinin yaşından asılı olmayaraq, hər kəsə işgəncə verdiyini deyib: “Mazra bölgəsində gözlərimizin önündə 17 kişini vəhşicəsinə öldürdülər. Öldürülənlər arasında atam, qardaşım və əmim də vardı. Əsir aldıqları 23 qadını əvvəl maşınlarla Mosulun Baac rayonuna apardılar. Baacda digər rayonlardan gətirdikləri qadınlarla birlikdə təxminən 200 nəfər olduq. Bizi buradan da yük maşınlara mindirib Mosula apardılar. Ətraf kənd və rayonlardan topladıqları qadınlarla birlikdə 500 nəfər olduq. Mosulda naharsız 10 gün keçirdik. İnsanlara çox pis davranırdılar. Qadınlara hücum edirdilər. Nə edəcəyimizi bilmədiyimiz bir şəraitdə çox qorxmuşduq. Sonra bizi ayrı-ayrı evlərə apardılar. Ora gələn terrorçular istədikləri qızı alırdılar”.

Onunla bərabər 20 nəfəri Əbu Leyd adında birinə satdıqlarını vurğulayan Vahə aparıldıqları evdə keçirilən püşkatma nəticəsində İŞİD döyüşçülərinə paylaşdırıldıqlarını söyləyib: “Mənə sahib olmaq istəyən bir nəfərə əvvəl mane olmağa çalışdım. Dostlarımın yanından ayrılmaq istəmədim. Amma məni döyərək apardı. Hər gün döyərək təcavüz etdi. Beş yaşlı bir qızı da 50 yaşlı bir adamın apardığını gözlərimlə gördüm. O kiçik qızı hara apardılar, ona nə etdilər, heç birimiz bilmirik. Bizə verilən yeməklərə nəsə qatırdılar deyə çox vaxt halsız olurduq. Onlar da bizə istədiklərini rahatlıqla edirdilər. Çox pis günlər keçirdik. Bir gün Mosul bombalandığı zaman qapıdakı növbətçi harasa getmişdi. Biz də gecə saat 11-də saxlandığımız yerdən qaça bildik. İraq və Kürdüstan hökumətləri tez bir zamanda əsirləri xilas etməlidir”.

21 yaşlı digər yezidi xanım Hezal Mırzo isə əsir düşdükləri vaxt döyüşçülərin onların gözləri önündə bir çox şəxsi edam etdiklərini deyib: “Üç aylıq əsarət həyatım boyu daim təcavüzə məruz qaldım. Hamilə qadınlara dərman verərək onların uşaqlarını öldürürdülər. Günahsız insanlara zülm etdilər. Əziyyət çəkməyimiz onların xoşuna gəlirdi. Bir müddət Mosulda qaldıqdan sonra Telaferdəki bir məktəbə aparıldıq. Getdiyimiz fərqli yerlərdə fərqli adamlar zorla bizimlə cinsi əlaqədə olurdu. Çox müqavimət göstərəndə yeməklərimizə dərman qarışdırırdılar. Bu cür zülmü hər gün çəkinmədən təkrar edirdilər. Orada həyatımın ən ağır və çirkli günlərini keçirdim. Onlar bizim şərəfimizi, dinimizi və abırımızı çirkləndirdilər. BMT və dünya dövlətləri terrorçuları dayandırmalıdırlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm