Merkel Putinə iki gün vaxt verdi: Əks halda...
Bizi izləyin

Dünya

Merkel Putinə iki gün vaxt verdi: Əks halda...

Almaniya kansleri Angela Merkel Ukrayna münaqişəsinin həlli üzrə Fransa prezidenti Fransua Olland ilə birlikdə təklif etdiyi sülh planına münasibət bildirmək üçün Rusiya prezidenti Vladimir Putinə fevralın 11-nə kimi vaxt verib.

Publika.az xəbər verir ki, bu barədə özünün diplomatik mənbələrinə istinadən ABŞ-ın “Wall Street Journal” nəşri yazıb.

Almaniya kansleri bildirib ki, əks təqdirdə, rəsmi Berlin Ukraynaya ölüm silahlarının çatdırılması məsələsində ABŞ-ı dəstəkləyəcək. Merkel hesab edir ki, Rusiya prezidenti “Normandiya dördlüyü”nün fevralın 11-də Minskdə keçiriləcək toplantısında Almaniya və Fransanın təklif etdiyi sülh planı ilə razılaşmalıdır.

“Wall Street Journal” diplomatik mənbəyinə istinadən iddia edir ki, Merkel Minsk sammitində Ukrayna böhranının həlli üzrə yeni “yol xəritəsi”ninin rədd ediləcəyi halda, Rusiya şirkətlərinə qarşı yeni sanksiyaların tətbiq olunacağını bildirib. Merkel həmçinin Putinə bildirib ki, sülh planından imtina olunacağı halda Almaniya və Fransa Ukraynaya ölüm silahlarının çatdırılması ilə bağlı ABŞ-ın planlarına mane olmayacaq. Almaniya kanslerinin hazırda ABŞ-ın Ukraynanı silahlandırmasına qarşı çıxdığı bildirilir.

Qeyd edək ki, Merkel, Olland və Putin arasında üçtərəfli danışıqlar fevralın 6-da Moskvada olub. Danışıqların təfərrüatları açıqlanmasa da, tərəflər görüşün konstruktiv və məzmunlu keçdiyini bildiriblər. Fransa prezidenti “France 2” telekanalının efirində qeyd edib ki, Merkellə birgə təklif etdiyi sülh planında silahsızlaşdırılmış zonanın yaradılması nəzərdə tutulur. Fransua Ollandın sözlərinə görə, silahsızlaşdırılan zonanın eni 50 kilometrdən 70 kilometrə qədər təşkil etməlidir. Olland həmçinin Ukraynanın cənubi-şərq vilayətləri üçün “kifayət qədər geniş” muxtariyyətdən danışıb.

Rusiya, Ukrayna, Fransa və Almaniya liderləri fevralın 11-də Belarusun paytaxtı Minskdə görüşüb Ukrayna böhranından çıxmağın yollarının tapılması istiqamətində işi davam etdirmək barədə razılığa gəliblər. Fransa prezidenti deyib ki, bu, Ukraynada döyüşlərə son qoymaq üçün son fürsətdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm