İŞİD-in qorxunc Türkiyə planı: Hər an...
Bizi izləyin

Dünya

İŞİD-in qorxunc Türkiyə planı: Hər an...

Türkiyənin “Vatan” qəzetinin yazarı Hüseyn Yayman İŞİD terror qruplaşmasının Türkiyəyə hücum planı hazırladığını yazıb.

Publika.az xəbər verir ki, yazar terror qruplaşmasının Suriyanın Kobani şəhərindəki məğlubiyyətində əsas günahkar olaraq Türkiyəni gördüyünü bildirib.

Yazar qeyd edir ki, Kobaninin İŞİD-dən azad olunmasından sonra yeni bir strateji tənlik ortaya çıxıb: “Suriyadakı vətəndaş müharibəsində kövrək bir zaman yaşanır. Hər an yeni proseslər baş verə bilər. Yeni strateji tənliyin bir neçə istiqaməti var. Hər şeydən əvvəl Türkiyəyə qarşı təxribatlara yol aça biləcək bütün ehtimallar müzakirə olunmaldır. Görünən odur ki, Suriyadakı vətəndaş müharibəsi dərinləşərək davam edəcək”.

Yazar hesab edir ki, Kobanidən çıxarılması İŞİD-də ruh düşkünlüyünə səbəb olub, kürdlərdə isə özünə inam yüksəlib. O, kürd-ərəb əlaqələrində yeni böhran toxumlarının atıldığını düşünür: “Suriyadakı döyüşlərin gələcəyi baxımından yeni bir mərhələyə keçilib. PYD (PKK terror təşkilatının Suriya qolu – red.) və Azad Suriya Ordusunun yaxınlaşması Suriya lideri Bəşər Əsəd və İŞİD-in gözlənilən sonunu sürətləndirə bilər.

“Peşmərgə qüvvələrinin İŞİD-ə qarşı döyüşmək üçün Türkiyədən keçməsi isə İŞİD-in Türkiyəyə qarşı qəzəbini daha da artırıb. Yerli mənbələr qeyd edir ki, İŞİD-də Kobani məğlubiyyətinin Türkiyə ilə bağlı olduğunu düşünənlər kifayət qədərdir. Bu baxımdan İŞİD Türkiyəyə gözlənilməyən, ya da gözlənilən hücumlar edə bilər. Türkiyə-Suriya sərhədinin uzunluğu 900 kilometr və sərhədin heç bir yerində mərkəzi hökumətin qüvvələri yoxdur. Türkiyə-Suriya sərhədinə Azad Suriya Ordusu, İŞİD və PYD gücləri nəzarət edir. Ankara fərziyyələrə qulaq asmadan yeni bir hərəkət planı hazırlamalıdır”, - “Vatan” nəşrinin yazarı bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm