ABŞ 3 günə Rusiya ilə bağlı qərarını verəcək
Bizi izləyin

Dünya

ABŞ 3 günə Rusiya ilə bağlı qərarını verəcək

ABŞ ilk 3 gün ərzində Ukraynaya ölümcül silahların göndərilib-göndərilməyəcəyi barədə qərar verəcək.

Axar.az xəbər verir ki, bu barədə müsahibəsində Ukraynanın sabiq xarici işlər naziri Boris Tarasyuk bildirib. Tarasyuk Ukraynaya ölümcül silahların Merkel, Poroşenko, Putin və Olland arasında keçiriləcək görüşdən sonra verilib-verilməyəcəyinin məlum olacağını qeyd edib.

Münhendə keçirilən Təhlükəsizlik Konfransından danışan Tarasyuk belə görüşlərdə problemlərin həll edilmədiyini, yalnız müzakirələr aparıldığını vurğulayıb: “Avropa Birliyi və Vaşinqton Ukraynaya qarşı Rusiya təcavüzündən narahatdır. Onlar bu problemin həllini axtarırlar. Ancaq son nəticə onlardan asılı deyil. Təəssüf ki, Moskva öz ssenarilərini ortaya qoyur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm