Kliçko anasına verdiyi sözdən danışdı
Bizi izləyin

Dünya

Kliçko anasına verdiyi sözdən danışdı

Məşhur amerikalı promouter Don Kinq ukraynalı boksçular - Kliçko qardaşlarının bir-biri ilə döyüşməsi üçün onlara 100 milyon dollar təklif edib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə 38 yaşlı ukraynalı boksçu, superağır çəkidə dünya çempionu Vladimir Kliçko bildirib.

“O, Vitali ilə məndən birgə döyüşə hazır olub-olmadığımızı dəfələrlə soruşub. Amma biz anamıza söz verdik ki, heç vaxt bunu etməyəcəyik. O, bizə yalnız bu şərtlə boksla məşğul olmağa icazə verdi. “Uşaqlar siz tarixə girəcəksiniz. Mən sizi dəlicəsinə zəngin etməyə hazırlaşıram” - Kinq bizə deyirdi. Ancaq burada heç bir puldan söhbət söhbət gedə bilməzdi. Mən Vitalini çox sevirəm”, - Vladimir deyib.

Qeyd edək ki, Vitali Kliçko 2013-cü ildə idman karyerasını başa çatdırıb və hazırda Kiyevin meridir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm