Beş min Gürcüstan ermənisi gizli şəkildə nə etdi?
Bizi izləyin

Dünya

Beş min Gürcüstan ermənisi gizli şəkildə nə etdi?

Gürcüstanın Cavaxetiya bölgəsində 5 min nəfər erməni gizli şəkildə Ermənistan vətəndaşlığını qəbul edib.

Publika.az gürcü mediasına istinadən xəbər verir ki, onlar Ermənistan vətəndaşlığını qəbul etmələri faktını Gürcüstan hakimiyyətindən gizlədiblər.

Məlumata görə, ermənilər bunu əmək miqrantları kimi Rusiyaya girişi sadələşdirmək üçün ediblər.

“Biz Ermənistan vətəndaşlığını maneəsiz şəkildə Rusiyaya daxil olmaq və orada işə düzəlmək imkanına malik olmaq üçün qəbul etdik”, - “Rustavi 2” telekanalı Ermənistanın yeni vətəndaşlarının sözlərini sitat gətirir.

Qeyd edək ki, Cavaxetiyanın erməni sakinləri bu problemi həll etmək üçün imzatoplama kampaniyasına başlayıb. Kampaniyaya Gürcüstan parlamentinin keçmiş deputatı Məlik Raisyan rəhbərlik edir. Ermənilər Gürcüstan vətəndaşlığına malik olmadan Gürcüstanda yaşamalarına icazə verilməsini istəyirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm