“Anonymous”dan İŞİD-ə zərbə: “Sizinlə bir virus kimi davranılacaq”
Bizi izləyin

Dünya

“Anonymous”dan İŞİD-ə zərbə: “Sizinlə bir virus kimi davranılacaq”

Məşhur haker qrupu “Anonymous” İŞİD terror təşkilatı ilə bağlı olan 100 sosial media hesabını ələ keçirdiyini açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qrup bunu yayımladığı video vasitəsilə bildirib.

Videoda danışan “Anonymous” sözçüsü İŞİD-ə ünvanlanan müraciətində bu sözləri deyib: “Qrupumuz bütün irq, ölkə və inanclardan təşkil olunub. Özlərinə “İslam Dövləti” deyən bu terrorçular müsəlman deyillər. İŞİD, sizləri ovlamaqda davam edəcəyik. Sizin üçün internetdə təhlükəsiz bir yer qalmayacaq. Sizinlə bir virus kimi davranılacaq”.

Qrup İŞİD ilə əlaqəsinin olduğunu hesab etdikləri bəzi “Facebook” hesablarını da izlədiyini bildirib.

Xatırladaq ki, “Anonymous” ötən ay Fransanın “Charlie Hebdo” satirik jurnalına edilən hücumdan sonra “Əl-Qaidə” və İŞİD terror təşkilatlarını hədələyib. Qrup “qisas kampaniyası” çərçivəsində sözügedən təşkilatların sosial şəbəkələrdəki səhifələrini və onların saytlarını dağıdacağını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm