ŞOK İDDİA: İbrahim Tatlısəs güllələnməsəydi...
Bizi izləyin

Dünya

ŞOK İDDİA: İbrahim Tatlısəs güllələnməsəydi...

Türkiyənin Kanal A televiziyasının “A siyasi” proqramında məşhur müğənni İbrahim Tatlısəslə bağlı şok iddia səsləndirilib.

Axar.az xəbər verir ki, iddia sahibi Süleyman Özişığa görə, məşhur müğənni güllələnməsəydi, Zəkəriyyə Öz tərəfindən PKK-ya yardım etməkdə günahlandırılaraq həbs ediləcəkmiş. Süleyman Özişıq canlı verilişdə İbrahim Tatlısəs haqqında indiyə qədər heç kimə məlum olmayan iddialardan danışıb: “Bir müddət əvvəl camaatdan ayrılan, camaata arxasını çevirən bir qardaşla görüşdük. Mənə dəhşətli məlumatlar verdi”.

O sözlərinə belə davam edib: “İbrahim Tatlısəs vurulan gecə Zəkəriyyə Öz camaatdan (fətullahçılardan – red.) olan bəzi adamlarla oturubmuş və İbrahimin haqqında təhqirə bərabər sözlər deyib. Süleyman Özişığa görə, Zəkəriyyə Öz İbrahim haqqında “Vurulmsaydı, PKK-ya yardım etməkdə günahlandırıb iki gün sonra nəzarətə götürəcəkdik. Canını qurtardı”, - kimi sözlər səsləndirib”.

Xatırladaq ki, Zəkəriyyə Öz İstanbul baş prokurorunun müavini olub. O vəzifəsindən bu ilin yanvar ayında azad edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm