Kiyevə 40 milyard dollar ayrılacaq
Bizi izləyin

Dünya

Kiyevə 40 milyard dollar ayrılacaq

Beynəlxalq Valyuta Fondu və “Böyük yeddilik” (“G7”) ölkələri Ukraynaya maliyyə yardımının 40 milyard dollara qədər artırılmasını müzakirə edir.

Publika.az xəbər verir ki, bu barədə danışıq prosesinə yaxın mənbələrə istinadən “Reuters” agentliyi bildirib.

Məlumata görə, Beynəlxalq Valyuta Fondunun hazırda bəyəndiyi dəstəyin həcmi 17 milyard dollardır. Agentliyin həmsöhbətləri qeyd edirlər ki, qəti qərar hələ qəbul edilməyib.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu 2014-cü il 17 aprel tarixində “stand by” sabitləşdirmə proqramını bəyənib. Proqram çərçivəsində Kiyev iki il ərzində 17 milyard dollar almalıdır. Ukrayna proqram çərçivəsində 3,16 milyard dolları 2014-cü mayın əvvəlində, ikinci partiya olaraq 1,39 milyard dolları isə sentyabrda alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm