Qərbin iki üzü və Əsədin qətiyyəti
Bizi izləyin

Dünya

Qərbin iki üzü və Əsədin qətiyyəti

Amerika Birləşmiş Ştatları Bəşər Əsədlə əməkdaşlıq etmək üçün dəfələrlə minnətçi göndərib.

Publika.az-ın məlumatına görə, bu barədə Suriya prezidenti Bəşər Əsəd BBC-yə verdiyi müsahibəsində deyib. O deyib ki, mütəmadi olaraq ABŞ-ın İŞİD-lə mübarizə üçün yaratdığı koalisiyadan mesajlar alır.

Bəşər Əsəd əlavə edib ki, koalisiya hava hücumlarına başlayandan bir başa əməkdaşlıq olmasa da, üçüncü tərəfin köməyi ilə məlumat mübadiləsi aparıblar. Xüsusilə də İraqın vasitəsi ilə.

Bununla belə Əsəd ABŞ və müttəfiqləri ilə əməkdaşlığı qətiyyətlə rədd edib.

“Yox, qətiyyən yox. Bizim belə istəyimiz yoxdur və olmayacaq da. Bircə sadə səbəbə görə- terrorçuluğu dəstəkləyən ölkələrlə eyni koalisiyada ola bilmərik", - Bəşər əsəd vurğulayıb.

Bəşər Əsəd müsahibədə Suriya qüvvəllərinin radikalçıların mövqelərinə endirdikləri zərbələr zamanı mülki şəxslərin həlak olması və çəllək bombasından istifadə barədə ittihamlara da aydınlıq gətirib.

“Bunlar hamısı uşaq nağıllarıdı. Bizim bombalarımız, raketlərimiz və güllələrimiz var... Çəllək bombası deyə bir şey yoxdur... bizdə çəllək yoxdur”, - Əsəd əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm