Poroşenko Minskdə irəli sürəcəyi tələbləri açıqladı
Bizi izləyin

Dünya

Poroşenko Minskdə irəli sürəcəyi tələbləri açıqladı

Ukrayna prezidenti Pyotr Poroşenko bu gün keçiriləcək Minsk danışıqlarında irəli sürəcəyi tələbləri açıqlayıb.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, dövlət başçısı heç bir şərt olmadan və dərhal atəşin dayandırılması, həmçinin xarici qoşunların Ukraynadan çıxarılmasını tələb edəcəyini bildirib.

“Biz hər hansı şərtlər olmadan sülh tələb edirik. Atəşin dayandırılmasını, xarici qoşunların ərazimizdən çıxarılmasını və sərhədin bağlanmasını tələb edirik. Bizdə heç bir münaqişə yoxdur. Ölkə daxilində güzəştlərə gedə biləcəyik. Biz sülhü, Kramatorsk şəhərini, Ukraynanı qorumalıyıq”, - Poroşenko deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm