“Putin Ukraynaya qarşı müharibəni həmin tarixdə elan etdi” - İDDİA
Bizi izləyin

Dünya

“Putin Ukraynaya qarşı müharibəni həmin tarixdə elan etdi” - İDDİA

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəyə 2013-cü ilin iyulunda başlayıb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu iddia ilə Rusiya prezidentinin sabiq-məsləhətçisi Andrey İllarionov çıxış edib.

O hesab edir ki, Putin 27 iyul 2013-cü ildə Ukraynaya qarşı de-fakto müharibənin başlandığını elan edib.

“Rusiyanın Ukraynaya qarşı müharibəsi 24 avqust 2014-cü ildə başlanmamışdı. Həmin vaxt Rusiya qoşunlarının batalyon-taktik qrupları beynəlxalq birlik tərəfindən tanınan Rusiya-Ukrayna sərhədini keçdi. Müharibə 2014-cü il 6 aprel tarixindən 7 aprelə keçən gecə başlanmadı. Həmin vaxt Rusiya Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarından ibarət diversiya qrupları Donbas hövzəsinin şəhərlərində inzibati binaları tutmağa başladı. Müharibə 27 fevral 2014-cü ildə başlanmadı. Həmin vaxt Rusiya xüsusi təyinatlı dəstəsi Simferopolda Ali Radanın binasını tutdu. Avropada və dünyada genişmiqyaslı müharibəyə çevrilmə riskinin olduğu müharibə 27 iyul 2013-cü ildə başlanıb”, - Putinin keçmiş köməkçisi deyib.

Andrey İllarionov xatırladıb ki, Vladimir Putin həmin tarixdə Kiyevdə keçirilən “Pravoslav-slavyan dəyərləri: Ukraynanın sivilizasiya seçiminin əsasıdır” konfransında ilk dəfə rus, Ukrayna və Belarus xalqlarını vahid xalq adlandırıb: “Putin həmin vaxt hədəfini elan etdi: Rusiya və Ukraynanın vahid dövlətdə birləşdirilməsi”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm