Rusiya dünyanı hədələdi: Kremlin işğal planı - VİDEO
Bizi izləyin

Dünya

Rusiya dünyanı hədələdi: Kremlin işğal planı - VİDEO

Rusiyanın “5 kanal”ın efirində bütün dünyanı işğalla hədələyən süjet efirə verilib.

Publika.az xəbər verir ki, Kremlin təbliğatçılarının fikrincə, 9 may tarixində Berlində qələbə paradını qeyd etmək mümkündür.

“Berlinə məsafə 1800 kilometrdir. Bu, müasir ordu üçün böyük məsafə deyil”, - Kreml təbliğatçıları Avropanı hədələyirlər.

Süjetdə Avropanın bütün paytaxtlarına, həmçinin Vaşinqtona xəyali oxlar çəkilib və Rusiya ordusunun qət edəcəyi məsafə göstərilib. Süjetdə Rusiya ordusunun Berlin küçələrindən keçdiyi, Almaniya bayrağının endirilərək yerinə Rusiya bayrağının qaldırıldığı görüntülənib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm