İsraildə qondarma “erməni soyqırımı”na abidə ucaldılır
Bizi izləyin

Dünya

İsraildə qondarma “erməni soyqırımı”na abidə ucaldılır

İsraildə qondarma “erməni soyqırımı”na abidə ucaldılır

İsrailin ən çox erməni icmasının yaşadığı Petax-Tikva şəhərində qondarma “erməni soyqırımı” abidəsinin ucaldılması məsələsi qaldırılıb.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu məqsədlə icmanın nümayəndələri adıçəkilən şəhərin meri İshak Bravermanla görüşüblər.

“Nairi”, “Noyan Tapan” və “Ararat” erməni icmalarını təmsil edən ermənilər merlə Petax-Tikvedə qondarma “erməni soyqırımı” abidəsinin ucaldılması məsələsini də müzakirə ediblər.

Xatırladaq ki, 2012-ci ildə İsrail parlamentində - Knessetdə qondarma “erməni soyqırımı”nın tanınması məsələsi də müzakirəyə çıxarılıb.

Ancaq İsrail-Ermənistan parlamentlərarası dostluq qrupunun və ayrı-ayrı fraksiya nümayəndələrinin cəhdi ilə müzakirəyə çıxarılan məsələ dəstəklənməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm