Dünya
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Başika-Zilkan hərbi bazasını mərhələli şəkildə İraq hökumətinə təhvil verəcək.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İraqın Baş naziri Məhəmməd Şia əs-Sudani Nyu-Yorkda keçirdikləri birgə mətbuat konfransında bildiriblər.
Türkiyə və İraq rəsmiləri iki ölkə arasındakı strateji münasibətlərin müxtəlif istiqamətlərini müzakirə edib və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəliblər.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin “X” sosial şəbəkəsindəki hesabında yayılan məlumatda da qeyd olunub.
Tərəflər həmçinin Sincarda dövlət hakimiyyətinin tam şəkildə təmin edilməsi və qadağan olunmuş xarici silahlı qüvvələrin bölgədəki mövcudluğuna son qoyulması barədə razılaşıblar.
Bundan əlavə, ikitərəfli ticarət və investisiyaların həcminin artırılması, imzalanmış sazişlərin dərhal icrası və başda İnkişaf Yolu Layihəsi olmaqla birgə strateji layihələrin sürətləndirilməsi məsələlərində də razılıq əldə edilib.
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə23 Sentyabr 13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin223 Sentyabr 12:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı






































