Ukrayna böhranı həll olunur -VİDEO
Bizi izləyin

Dünya

Ukrayna böhranı həll olunur -VİDEO

Ukrayna böhranının həll edilməsi üçün Minskdə keçiriləcək görüş başlamaq üzrədir.

Publika.az xəbər verir ki, Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel və Ukrayna prezidenti Pyotr Poroşenko da Belarusun paytaxtına gəliblər.

Görüşdən əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko həmkarlarını müstəqillik sarayında qarşılayıb. Avropalı liderllər "Normand formatı" üzrə keçən danışıqlarda Moskva ilə hər hansı razılığın baş tutacağına dair qarantın olmadığını xəbərdar edir. Bununla belə Ukrayna lideri Pyotr Poroşenko Belarus prezidenti Lukaşenko ilə görüşündə Minsk danışıqlarına böyük ümidlər bəslədiyini və Minsk danışıqlarının dünyanın diplomatiya tarixinə düşdüyünü bildirib.

Lukaşenko isə öz yerində Minskin istənilən vaxt Ukraynada sülhə və gərginliyin azaldılmasına vasitəçilik etməyə hazır olduğunu vurğulayıb. Görüşdən əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko Avropa Birliyi ölkələri ilə eyni mövqedən çıxış edəcəklərini , əsas məsələ heç bir şərt irəli sürmədən atəşkəs razılığının olmasını deyib.

"Normand formatı"nda Ukrayna, Rusiya, Almaniya və Fransanın liderlərinin iki dəfə görüşü olub, xarici işlər nazirləri isə 4 dəfə bir araya gəliblər.

Bu arada ABŞ-ın Avropadakı qoşunlarının komandanı bildirib ki, mart ayından başlayaraq, ABŞ ordusu, Lvov şəhəri yaxınlığında yerləşən təlim mərkəzində ukraynalı əsgərləri hazırlaşdıracaq.

X X X

Son məlumata görə, Pyotr Poroşenko görüşün keçirildiyi otağı tərk edib. Onun görüşün keçirildiyi Müstəqillik Sarayının ikinci mərtəbəsinə qalxdığı bildirilir. Zalda Olland, Merkel və Putin qalıb.

Otağa vaxtaşırı konsultasiyalar üçün nümayəndə heyətlərinin üzvləri daxil olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm