ABŞ-da üç müsəlman qətlə yetirildi
Bizi izləyin

Dünya

ABŞ-da üç müsəlman qətlə yetirildi

ABŞ-ın Şimali Karolina Universiteti yaxınlığında bir müsəlman ailəsinin 3 üzvü qətlə yetirilib.

Publika.az-ın məlumatına görə, qətlə yetirilənlərin hər üçü tələbədir: Deah Barakat (23 yaşında), Yusor Abu-Salha (21) və Razan Abu-Salha (19).

Polis cinayətin irqi zəmində törədilməsini istisna edir və hadisəyə avtodayanacaq üstündə mübahisənin səbəb ola biləcəyini deyir.

Qətli törətməkdə şübhəli bilinən 46 yaşlı Craig Stephen Hicks polisə təslim olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm