ABŞ səfirliyi ələ keçirildi – Son dəqiqə
Bizi izləyin

Dünya

ABŞ səfirliyi ələ keçirildi – Son dəqiqə

ABŞ-ın Yəməndəki səfirliyi üsyançılar tərəfindən tutulub.

Axar.az xəbər verir ki, Oman və Qətər hökumətlərinin dəstəyi ilə ölkədən çıxarılan səfirlik işçiləri son anda xilas ola bilib. Səfirliyə məxsus silahlı hərbi avtomobillərin və çoxlu mühüm sənədlərin üsyançıların əlinə keçdiyi bildirilir.

Bu arada ABŞ Dövlət Departamenti işinə xitam verdiyi Yəmən səfirliyi işçilərinin Vaşinqtona gəldiklərini açıqlayıb. Departamentin sözçüsü Cen Psaki səfirliyin bir neçə silahlı avtomobilinin Husi üzvlərinin əlinə keçdiyini təsdiq edib:

“Oman və Qətər hökumətlərinin köməyi ilə səfirliyimizin işçiləri Yəməndən çıxarıldı. Hazırda onlar yoldadırlar. Lakin bir sıra silahlı nəqliyyat vasitələri üsyançıların əlinə keçib”.

Oman və Qətər rəhbərliyinə təşəkkür edən xanım Psaki bölgədəki son səfirlik işçilərinin qırıcılar vasitəsilə ölkədən çıxarıldığını deyib.

Daha sonra Psaki üsyançıların əlinə keçən hərbi vasitələrin, sənədlərin geri qaytarılmasını tələb edib:

“Bunu araşdırırıq. Bu, qətiyyən qəbul edilə bilməz. Mülklərimizə və sahib olduqlarımıza hörmət edilməlidir. Sanaya geri dönməyimizin ən əsas şərti onların geri qaytarılmasından ibarətdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm