Atmosferə ən çox zərərli karbon-dioksid qazı buraxan ölkələr məlum oldu
Bizi izləyin

Dünya

Atmosferə ən çox zərərli karbon-dioksid qazı buraxan ölkələr məlum oldu

ABŞ dövlət katibi Kerri şirkətləri atmosferə buraxılan zərərli qazları məhdudlaşdırmağa çağırıb

Amerika Birləşmiş Ştatları dövlət katibi Con Kerri İndoneziyanın paytaxtı Cakartada keçirilən iqlim dəyişikliyinə dair konfransda tənqidi çıxışları ilə yadda qalıb. Kerri, əsasən, irimiqyaslı istehsalçıları və iqlim dəyişikliyi məsələsinin, əslində, həqiqətə uyğun olmadığını iddia edən alimləri tənqid atəşinə tutub. Çıxışı zamanı Kerri şirkətləri atmosferə buraxılan zərərli qazları məhdudlaşdırmağa çağırıb.


"Bizim iqlim probleminin mahiyyətini təhrif etməyə çalışan bəzi qruplara sərf etməyə vaxtımız yoxdur. Söhbət böyük şirkətlərdən gedir. Onlar sadəcə problemin həlli yolunda artıq pul xərcləmək istəmirlər. Şirkətlər bütün bəşəriyyət üçün doğru olanı etdikdə, bunun mənfəətdən daha baha başa gələcəyini deyirlər. Biz bir qrup dırnaqarası alimlərin elmi faktları yalan hesab etməsinə imkan verə bilmərik. Elmi əsaslar birmənalıdır. Buna qarşı çıxanlar başlarını torpağın altında gizlətməklə həqiqətdən qaça bilməyəcəklər".


Kerri qeyd edib ki, əsasən Amerika Birləşmiş Ştatları və Çin zərərli karbon-dioksid qazını atmosferə ən çox buraxan ölkələrdir.


Onun sözlərinə görə, şiddətli qasırğalar, yanğınlar, dənizdə suyun səviyyəsinin qalzması, qütb buzlarının əriməsi, bitki və heyvanların azalmasına səbəb məhz iqlim dəyişikliyidir./Associated Press

Oxumağa davam et
Reklam
Reklam

Gündəm