Dünya
İspaniyada kirayə böhranı: Etirazçılar küçədə düşərgə saldı
İspaniyanın Barselona şəhərində fəallar mənzil böhranına etiraz olaraq Kataloniya meydanında çadırlar qurublar.
Publika.az xəbər verir ki, “El Mundo”nun məlumatına görə, aksiya sosial şəbəkələr vasitəsilə təşkil olunub. Etirazçılar layiqli və əlçatan mənzil hüququ tələb edir, qurulan düşərgənin mənzilə çıxışda yaranan problemlərə diqqət çəkəcəyinə ümid edirlər. Təşkilatçılar hakimiyyətə konkret tələblər irəli sürməyiblər.
Barselonadakı aksiya İspaniyanın müxtəlif şəhərlərində keçirilən etirazların davamıdır. Aksiyalara yaşlı qadının 70 il yaşadığı kirayə evindən çıxarılması səbəb olub.
Sentyabrın 26-da Madriddə də böyük etiraz aksiyası keçirilib və yüzlərlə insan paytaxtın mərkəzi meydanında çadır düşərgəsi salıb.
İspaniyada son illər mənzilə çıxış imkanları ciddi şəkildə çətinləşib. RTVE-nin məlumatına görə, evlərin alınması pandemiyadan əvvəlki dövrlə müqayisədə təxminən 35 faiz, kirayə qiymətləri isə 43 faiz bahalaşıb. Mənzil çatışmazlığı və qiymətlərin əhalinin gəlirlərindən daha sürətlə artması böhranı dərinləşdirən əsas amillər sırasındadır.
Xüsusilə Barselona və Madrid kimi böyük şəhərlərdə vəziyyət daha gərgindir. Barselonada turizmin yaratdığı əlavə mənzil tələbi də problemi ağırlaşdırır. Yerli hakimiyyət qısamüddətli kirayə mənzillərinin sayını məhdudlaşdırmağa çalışsa da, qiymətlərdə ciddi azalma müşahidə olunmayıb.
Müəllif: Adəm
-
Nida Xəbər 16:22Bu şəxslər dövlət qulluğunda vəzifə tuta bilməyəcək
-
Yaxın Şərq13:20Qan içində olan sərnişin: “Qaçırılan” təyyarədən ilk FOTO yayıldı
-
Nida Xəbər 12:33Azərbaycan və İordaniya arasında viza rejimi aradan qaldırılır
-
Nida Xəbər 12:18Deputat ailələr üçün tələb irəli sürdü: Mənzil, bağça, təhsil və...
-
Yaxın Şərq11:06Dubaydan Təl-Əvivə uçan təyyarə qaçırıldı - Göyərtədə 100-dən çox İsrail vətəndaşı var
-
Yaxın Şərq10:18Qüds ermənisi haray çəkdi: Biz tualet deyilik, dayanın
-
Rəsmi xronika09:40İlham Əliyev sərgi iştirakçılarına müraciət ünvanladı
-
Sosial09:30Bakının bu ərazisində evlər söküləcək - VİDEO




































