Dünya
Terror cəhdi: Pilot təyyarəni qəsdən qəzaya uğratmaq istəyib - Yeni detalllar
Dubaydan Təl-Əvivə uçan “Flydubai” sərnişin təyyarəsində baş verən insident İsrail Xarici İşlər Nazirliyi tərəfindən israilliləri, Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) və “İbrahim sazişlərini” hədəf alan terror cəhdi kimi qiymətləndirilib.
Publika.az xəbər verir ki, bu barədə İsrail XİN-in yaydığı açıqlamada bildirilib.
İsrail tərəfinin ilkin məlumatına görə, pilotlardan biri göyərtəsində çoxsaylı sərnişinlərin olduğu təyyarəni qəsdən qəzaya uğratmaq niyyətində olub.
Açıqlamada qeyd edilib ki, sərnişinlərin müdaxiləsi və digər pilotun hadisə zamanı göstərdiyi peşəkarlıq sayəsində mümkün fəlakətin qarşısı alınıb.
Hadisədən sonra Təbuk hava limanına təcili eniş edən təyyarə daha sonra İsrailin Ben-Qurion aeroportuna çatıb. “The Jerusalem Post”un məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu sərnişinləri qarşılamaq üçün hava limanına getməlidir.
Ben-Qurion aeroportunda tibbi briqadalar sərnişinləri müayinə etmək və zəruri tibbi yardım göstərmək üçün hazır vəziyyətə gətirilib. Təyyarədəki 174 sərnişindən 166-nın İsrail vətəndaşı olduğu bildirilib.
İsrail XİN vurğulayıb ki, baş verənlər İsrail ilə BƏƏ arasındakı münasibətlərə xələl gətirməyəcək və regionda əldə olunan irəliləyişi dayandıra bilməyəcək.
“Sülhü və normallaşmanı pozmağa çalışanlar regionun gələcəyini müəyyən etməyəcəklər. İsrail BƏƏ ilə münasibətləri yüksək qiymətləndirir, iki ölkə və xalq arasındakı əlaqələrin möhkəmləndirilməsinə sadiqdir”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, təyyarə kabinədə pilotlar arasında dava baş verdikdən sonra Səudiyyə Ərəbistanının Təbuk hava limanına təcili eniş edib. Pilotlardan biri bıçaq yarası alıb, bundan sonra digər pilot təyyarənin idarəetməsini ələ keçirməyə cəhd edib.
“Flydubai” isə hadisə araşdırılanadək İsrailə uçuşları dayandırıb.
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək
-
İdman12 Noyabr 22:30Toral Bayramov: "Sabah xalqımızı sevindirmək istəyirik"
-
Avropa12 Noyabr 21:36Britaniya xüsusi təyinatlılarını qorxudan detal - Əməliyyatlar zamanı nə baş verir?
-
Region12 Noyabr 20:40Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu - FOTO
-
Sosial12 Noyabr 20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi
-
ABŞ12 Noyabr 19:00Ağ Evin yaxınlığında atışma - Yaralılar var





































