Dünya
"Flydubai" təyyarəsindəki hücumun pərdəarxası: 3 ehtimal
Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsində baş verən insident ciddi təhlükəsizlik narahatlığı yaradıb. Təyyarənin İordaniya hava məkanı üzərində olarkən fövqəladə vəziyyət siqnalları göndərdiyi və qısa müddətdə təxminən 16-17 min fut hündürlük itirdiyi bildirilir.
Publika.az xəbər verir ki, sərnişin Tzvika Manes “Channel 12”yə açıqlamasında uçuş zamanı pilot kabinəsindən qışqırıq səsləri eşitdiyini deyib.
Onun sözlərinə görə, ikinci pilot kapitana bıçaqla hücum edib, kapitan isə kabinənin qapısından çölə yıxılıb.
Manes daha sonra təyyarənin sürətlə aşağı endiyini və sərnişinlərin havaya qalxdığını hiss etdiklərini söyləyib. O, yaşananları qorxu filminə bənzədib.
Hazırda araşdırma çərçivəsində bıçağın təyyarəyə necə keçirildiyi, hücum edənin kabinənin qapısından necə daxil olduğu və hava limanındakı təhlükəsizlik yoxlamalarının necə keçildiyi kimi suallara cavab axtarılır.
"The Guardian"ın məlumatına görə, hadisənin səbəbi ilə bağlı üç ehtimal nəzərdən keçirilir: fərdi hücum, mütəşəkkil strukturun iştirakı və dövlət əlaqəsi. Lakin hazırda hücumun hər hansı dövlət və ya təşkilat tərəfindən təşkil edildiyini təsdiqləyən sübutun olmadığı bildirilir.
Qeyd edək ki, hadisənin təfərrüatı və hücumun dəqiq səbəbi hələlik tam müəyyənləşdirilməyib.
Müəllif: Roza
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi



































.jpg)
