“Əl-Cəzirə”nin iki jurnalisti azadlıqda - 33 MİN DOLLARA
Bizi izləyin

Dünya

“Əl-Cəzirə”nin iki jurnalisti azadlıqda - 33 MİN DOLLARA

Misir məhkəməsi Qətərin “Əl-Cəzirə” televiziya kanalının iki jurnalistini girov qarşılığında azad edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Məhəmməd Faxmi və Baxera Məhəmməd üçün 33 min dollar ödəniləcək.

Eyni zamanda məhkəmədən bildiriblər ki, jurnalistlərlə bağlı cinayət işi açıq qalır. Növbəti məhkəmə iclası 23 fevralda keçiriləcək.

Qeyd edək ki, “Əl-Cəzirə”nin üç jurnalisti 2013-cü ilin dekabrında terrorizmə və qadağan edilmiş “Müsəlman Qardaşları” təşkilatına dəstək verməkdə ittiham olunub. Kanalın avstraliyalı jurnalisti Piter Qrest bu ilin fevralın 1-də azad edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm