Ukrayna ordusundan növbəti qələbə - MÜHASİRƏ YARILDI
Bizi izləyin

Dünya

Ukrayna ordusundan növbəti qələbə - MÜHASİRƏ YARILDI

Ukrayna ordusu Loqvinovo qəsəbəsini azad edərək Artemovsk-Debaltsevo yolunu mühasirədən çıxarıb.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə “Donbas” batalyonunun komandiri, xalq deputatı Semyon Semençenko “Facebook” səhifəsində yazıb.

Semençenkonun sözlərinə görə, “Donbas” batalyonunun hissələri Loqvinovo qəsəbəsi və Artemovsk-Debaltsevo yoluna bitişik ərazilərin təmizlənməsini həyata keçirir.

“Rəqibin əhəmiyyətsiz müqavimət mərkəzləri qalıb. İndi onlar məhv edilir”, - batalyon komandiri yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm