Terrorçu qadın “Xilafət”in jurnalına müsahibə verdi
Bizi izləyin

Dünya

Terrorçu qadın “Xilafət”in jurnalına müsahibə verdi

İŞİD terror təşkilatı ötən ay Parisdə terror aktı törətmiş Amedi Koulibalinin dul xanımından müsahibə götürüb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, müsahibə terror təşkilatına məxsus “Dar al-İslam” jurnalında dərc edilib.

Hayat Boumeddiene Suriyada – “öz torpaqları”nda olduğunu açıqlayıb. “Xilafətə daxil olmaq çətin olmadı ki” sualına terrorçu qadın “Bura gələrkən heç bir çətinlik çəkmədim. Allahın qanunları ilə idarə olunan bu torpaqlarda yaşamaq gözəldir” cavabını verib.

Boumeddiene Paris hücumlarındakı rolu ilə əlaqədar hər hansı bir məlumat verməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm