Dünya
Danimarka Ukraynaya əlavə yardım edəcək
Danimarkanın xarici işlər naziri hökumətin Ukraynaya 10
000 000 kron (1,5 milyon dollar) yardım göstərmək haqqında qərarını
açıqlayıb. Nazir atəşin dayandırılması barədə əldə edilmiş
razılıqdan yaranmış optimizmi də ehtiyatla bildirib.
Pullar Ukraynadakı böhrandan zərərçəkənlərə yardım göstərmək üçün
yönəldiləcək.
Danimarka bu pulu Rusiya Prezidenti Vladimir Putinin Almaniya
kansleri Angela Merkel, Fransa Prezidenti Fransua Olland və Ukrayna
Prezidenti Pyotr Poroşenko arasında Minskdə saatlarla davam edən
danışıqlardan sonra Ukraynanın şərqində atəşin dayandırılmasına
dair razılığa gəlmələri barədə bəyanatından sonra ayırıb.
Vəsaitin ayrılmasının əsas səbəbi Ukraynanın şərqində hərbi
əməliyyatlardan və qışın soyuğundan əziyyət çəkən mülki əhalinin
ağır durumudur.
Qeyd edək ki, Danimarka bu yardımı göstərməklə Avropanın Almaniya,
İsveç və İngiltərə kimi ən iri donorlarından biri olur.
Ötən ilin dekabr ayında Danimarka artıq 10 000 000 kron məbləğində
yardım göstərmişdi. Bütün pullar Beynəlxalq Qırmızı Xaç Komitəsinin
vasitəsilə yönəldilir.
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI