Öcalandan tarixi mesaj: “Silahı yerə qoyun”
Bizi izləyin

Dünya

Öcalandan tarixi mesaj: “Silahı yerə qoyun”

Türkiyənin İmralı adasında ömürlük həbsdə olan PKK lideri Abdullah Öcalan tarixi mesaj verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Öcalan fevralın 4-də İmralıda onunla görüşən Xalqların Demokratik Partiyasının (HDP) nümayəndələrinə “PKK silahı yerə qoysun” deyib.

“Artıq silahlı mübarizə başa çatıb, siyasi mübarizə başlayıb. 2013-cü ilin mart ayında söylədiyim kimi, artıq silahlı mübarizə siyasi mübarizə ilə əvəzlənib. PKK nümayəndələrini təcili olaraq Konqresə toplamaqla silahın yerə qoyulması barədə qərar qəbul etməlidir”, - terror təşkilatının lideri bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm